Ölkəmizdə bəziləri bizi də qəbul etmir - Pezeşkian
Tarix: 28-04-2025, 08:00
Baxılıb: 3 376
Google+ Paylaş
Tumblr Paylaş

Ölkəmizdə bəziləri bizi də qəbul etmir - Pezeşkian

28-04-2025, 08:00

Ölkəmizdə bəziləri bizi də qəbul etmir.
AvroMedia.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian AzTV-yə eksklüziv müsahibəsində deyib.
Prezident zaman-zaman iki ölkə arasında baş verən gərginlik barədə fikirlərini bölüşüb:
"Bütün ölkələrdə bəziləri danışmamalı olduğu sözləri danışırlar və çərçivələri sındırırlar. Ölkəmizdə bəziləri özümüzü də qəbul etmir. Biz siyasi və ictimai elita olaraq çalışmalıyıq ki, bəzilərinin ölçülməmiş hərəkətləri yuxarlara təsir etməsin. Uşaqlıqda bir-birmizlə dalaşardıq, sonra isə barışardıq. Ancaq böyükləri işə cəlb etdikdə onlar küsülü qalırdılar. Uşaqların davasına görə böyüklər onların təsirir altına düşməməlidir. Bütün varlığımızla Azərbaycandakı bacı-qardaşlarımıza sevgi bəsləyirik, onları sevirik və özümüzdən hesab edirik. Bütün əzizlərimizə başıucalıq arzu edirik".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ