Rusiya Prezidenti Vladimir Putin ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşündə Moskvanın Kiyevlə ilkin şərt olmadan danışıqlara hazır olduğunu bildirib.
AvroMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
“Dünən Trampın nümayəndəsi Uitkoffla söhbəti zamanı Vladimir Putin Rusiya tərəfinin heç bir ilkin şərt olmadan Ukrayna ilə danışıqlar prosesini bərpa etməyə hazır olduğunu qeyd edib”, – Peskov vurğulayıb.
Xatırladaq ki, ötən gün Rusiya Prezidenti ilə ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Moskvada görüş keçirilib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi