“Uzaq sahillərdə” filmi Berlində bərpa olundu
Tarix: 25-04-2025, 16:19
Baxılıb: 3 358
Google+ Paylaş
Tumblr Paylaş

“Uzaq sahillərdə” filmi Berlində bərpa olundu

25-04-2025, 16:19

Azərbaycanın Almaniyadakı Səfirliyinin sifarişi ilə “Uzaq sahillərdə” filminin (1958) alman dilindəki versiyası Berlində rəqəmsallaşdırılaraq bərpa edilib.
Bu barədə səfirlikdən məlumat verilib.
Qeyd edilib ki, filmin görüntü və səs keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
“Uzaq sahillərdə” filmi 1959-cu ildə Almaniyanın DEFA studiyası tərəfindən Berlində alman dilinə dublyaj edilərək “Damals in Triest” adı ilə nümayiş etdirilib. Səfirliyin arxivlərlə apardığı iş nəticəsində filmin alman dilindəki versiyası aşkarlanaraq Berlində klassik filmlərin bərpası ilə məşğul olan şirkət tərəfindən yüksək keyfiyyətdə bərpa edilib.
Filmin bərpa olunmuş versiyası aprelin 23-də Berlinin tanınmış “Urania” elm mərkəzinin kinoteatrında nümayiş etdirilib.
Bərpa edilmiş versiyaya buradan baxmaq olar.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ