ABŞ-nin daxili təhlükəsizlik naziri qarət edildi
Tarix: 21-04-2025, 21:31
Baxılıb: 3 341
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ-nin daxili təhlükəsizlik naziri qarət edildi

21-04-2025, 21:31

Naməlum şəxs ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noemin çantasını oğurlayıb.
Bu barədə CNN telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Hadisə Vaşinqtonun mərkəzində, Noemin şam etdiyi restoranda baş verib.
Telekanalın mənbəsinin bildirdiyinə görə, çantada sürücülük vəsiqəsi, dərmanlar, mənzil açarları, pasport, rəsmi sənəd, kosmetik çanta və təxminən 3000 dollar pul olub.
Nazirin təhlükəsizliyini təmin edən Məxfi Xidmətin əməkdaşları restoranın kameralarının görüntülərini yoxlayıb və çantanın tibbi maska taxan naməlum şəxs tərəfindən oğurlandığını müəyyən ediblər.
Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ