Çin texnologiya dünyasında ilkə imza atdı, dünyada ilk dəfə 10G şəbəkəsi işə salınıb.
Bu barədə “Maydrayvers” məlumat yayıb.
Məlumata görə, ən müasir 50G PON texnologiyasına əsaslanan bu nailiyyət 8K video, virtual reallıq və “ağıllı şəhər”lərə qapı açaraq internet sürətində inqilab vəd edir:
“Xionqandakı yeni şəbəkə sadəcə təkmilləşdirmə deyil, 10 giqabit sürətə sıçrayışdır. 50G PON texnologiyası fiber-optik infrastrukturu təkmilləşdirərək, hər bir istifadəçi üçün ötürmə qabiliyyətini 10 Gbit/s-ə çatdırıb”.
yeni şəbəkənin sınaq göstəriciləri də açıqlanıb:
“Yükləmə sürəti: 9834 Mbit/s-ə qədər (demək olar ki, 10 Gbit/s); göndərmə sürəti: 1008 Mbps-ə qədər; gecikmə: cəmi 3 millisaniyə”.
Müqayisə üçün bildirək ki, adi gigabit internet (1 Gbit/s) 90 GB-lıq 8K filmi 12 dəqiqəyə endirir, 10G şəbəkəsi isə bu tapşırığı 72 saniyəyə yerinə yetirir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi