“Birləşmiş Ştatlar Tehranın inkişaf edən nüvə proqramına görə İrana hücum etməyə tələsmir”.
Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Mən deməzdim ki, bu variantı tam istisna edirəm. Amma etməyə tələsmirəm, çünki inanıram ki, İranın böyük bir ölkə yaratmaq və itkilər olmadan xoşbəxt yaşamaq şansı var. Mən bunu görmək istərdim. Bu, birinci variantdır. İkinci variant baş tutsa, İran üçün çox pis olacaq. Məncə, İran danışıqlara gələmk istəyir. Ümid edirəm ki, onlar bunu edəcəklər. Bunu etsələr, onlar üçün çox yaxşı olacaq”, - Tramp bildirib.
Amerika lideri sözlərinə belə davam edib: “Onlar gözəl xalqdır. Həmişə çox ağıllı, çox enerjili, çox müvəffəqiyyətli olublar və mən heç kimə zərər verəcək bir şey etmək istəmirəm. Amma İranın nüvə silahı ola bilməz. Hər şey çox sadədir. Biz onların sənayesini, torpaqlarını əlindən almaq istəmirik. Sadəcə deyirik ki, siz nüvə silahına sahib ola bilməzsiniz”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi