Rusiyada “Taliban”a qoyulan qadağa ləğv edildi
Tarix: 17-04-2025, 19:43
Baxılıb: 2 687
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyada “Taliban”a qoyulan qadağa ləğv edildi

17-04-2025, 19:43

Rusiyanın Ali Məhkəməsi “Taliban” hərəkatının ölkədə fəaliyyətinə qoyulan qadağanı ləğv edib.
AvroMedia.az “Kommersant”a istinadən xəbər verir ki, məhkəmə Rusiya Baş prokurorluğunun müraciəti əsasında bu barədə qərar çıxarıb
Məhkəmə iclası qapalı rejimdə keçirilib və qərar qəbul edildiyi andan qüvvəyə minib.
Qeyd edək ki, 2024-cü ilin dekabrında Rusiya Prezidenti Vladimir Putin terrorizmi təbliğ etməyi, ona haqq qazandırmağı və dəstəkləməyi dayandıran təşkilatların terrorçu təşkilat siyahısından çıxarılmasını nəzərdə tutan qanunu imzalayıb. Ali Məhkəmənin qərarı “Taliban”ı sözügedən siyahıdan çıxarmağa imkan verir.
Onu da bildirək ki, Rusiya 2003-cü ilin fevralında hazırda Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatını Ali Məhkəmənin qərarı ilə qadağan etmişdi.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ