Macarıstan Avropa İttifaqının (Aİ) hərbi planlarına, o cümlədən Ukraynaya silah tədarükü üçün 40 milyard avro ayrılmasına qarşıdır.
AvroMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
“Biz müharibə tərəfdarı olan heç bir təklifi dəstəkləməmişik və dəstəkləməyəcəyik də. Biz Ukraynaya bir silah və ya bir əsgər göndərməyəcəyik, hətta onu məsləhətçi adlandırsalar belə”, - diplomat bildirib.
Bundan əlavə, Siyarto Aİ ölkələrinin Ukraynanı dəstəkləmək üçün yeni təşəbbüslərini “Avropa İttifaqının uzaqgörən və uğursuz siyasətinin” davamı adlandırıb. O, həmçinin bəyan edib ki, Ukrayna ərazisinə hərbi müşavirlərin göndərilməsini qırmızı xətt hesab edir. Siyartonun sözlərinə görə, bu, münaqişənin Avropaya doğru yayılması ilə nəticələnə bilər.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi