İrəvanda aksiya: Paşinyanın seçki proqramını yandırdılar
Tarix: 14-04-2025, 17:23
Baxılıb: 2 557
Google+ Paylaş
Tumblr Paylaş

İrəvanda aksiya: Paşinyanın seçki proqramını yandırdılar

14-04-2025, 17:23

İrəvanda Qarabağdan könüllü köşüb getmiş bir qrup erməni etiraz aksiyası keçirir. Əvvəlcə onlar Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısına toplaşıblar.
Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Aksiyanın məqsədi onların İrəvanın siyasəti ilə razılaşmadığını bildirməkdir. Mitinq iştirakçıları əmindirlər ki, Ermənistan rəhbərliyinin Qarabağ səhifəsini bağlamağa haqqı yoxdur.
Aksiya iştirakçıları Ermənistanın hazırkı hökumətinin proqramının əsasını təşkil edən Mülki Müqavilənin seçki proqramını nümayişkaranə şəkildə yandırıblar. Hazırda Ermənistan Baş Prokurorluğunun binası qarşısında etiraz aksiyası davam edir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ