Ukraynanın Xarici İşlər Nazirliyi Rusiya rəsmiləri ilə Türkiyədə keçiriləcəyi bildirilən görüşlə bağlı yayılan xəbərləri təkzib edib.
AvroMedia.az musavat.com-a istinadən bildirir ki, Türkiyə mediası 15-16 aprel tarixlərində Rusiya və Ukrayna nümayəndələri arasında Ankara və ya İstanbulda görüş keçiriləcəyini iddia etmişdi. Lakin Ukrayna Xarici İşlər Naziri Andrey Sibiqa bu xəbərləri əsassız adlandırıb.
TSN kanalına açıqlamasında Sibiqa bildirib:
“Yayılan bu bəyanatlar həqiqəti əks etdirmir, belə bir görüş planlaşdırılmır.”
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fonunda bu cür diplomatik təşəbbüslər vaxtaşırı gündəmə gəlsə də, tərəflər arasında birbaşa rəsmi danışıqlar uzun müddətdir baş tutmur.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi