Modellik karyerasına “Australia”s Next Top Model” yarışması ilə başlayan və Armani, Versace, Dolce & Gabbana kimi dünya brendlərinin podiumlarında çıxış edən məşhur model Lucy Markovic 27 yaşında dünyasını dəyişib.
AvroMedia.az xəbər verir ki, xəbəri onunla əməkdaşlıq edən Elite Model Management agentliyi açıqlayıb.
Agentliyin yaydığı açıqlamada, Markoviçin uzun müddətdir nadir görünən beyin xəstəliyi ilə mübarizə apardığı və həyatını bu xəstəliklə mübarizədə itirdiyi bildirilib. Agentlik, Lucy-ni “parlaq bir işıq” kimi təsvir edərək bu sözləri əlavə edib:
“Modellik Lucy-nin uşaqlıq arzusu idi və onunla bu yolda birgə addımlamaq bizim üçün böyük şərəf idi. O, işinə zəriflik, güc və gözəllik qatırdı.”
Qeyd edək ki, Lucy Markovic 2015-ci ildə Tyra Banks-in məşhur “America”s Next Top Model” şousunun Avstraliya versiyası olan “Australia”s Next Top Model”in 9-cu mövsümündə iştirak edib və finalda ikinci yeri tutub. Daha sonra Versace, Victoria Beckham, Oscar de la Renta, Givenchy, Bulgari kimi dünya brendlərinin reklam və podium layihələrində yer alaraq moda dünyasında öz adını tanıtmağı bacarıb.
Üç həftə əvvəl model özünün Instagram hesabında beyinlə bağlı ciddi bir problem yaşadığını, beyin zədələnməsi və iflic riski olduğunu açıqlamışdı.
Məşhur modelin ölümündən sonra Donatella Versace, “İlin modeli” seçilən Alex Consani və bir çox sənətçi onunla bağlı xatirələrini bölüşərək sosial mediada başsağlığı paylaşıblar. /BAKU.WS

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi