ABŞ Prezidenti Donald Trampın idxal rüsumlarının artırılmasını 90 gün gecikdirmək qərarından sonra dünyanın ən zəngin insanlarının ümumi sərvəti rekord səviyyədə - 304 milyard dollar artıb.
Bu barədə “Blumberq” məlumat yayıb.
Bildirilib ki, Trampın qərarından sonra “Tesla” səhmləri 23% qalxıb, nəticədə Maskın kapitalı 36 milyard dollar artıb.
“Meta” korporasiyasının rəhbəri Mark Zukerberqin sərvəti 26 milyard dollar, texnologiya şirkəti “Nvidia” nın rəhbəri Censen Huanqın sərvəti 15,5 milyard dollar çoxalıb.
Ümumilikdə dünyanın ən varlı adamlarının ümumi sərvətinin 304 milyard dollar artması Milyarderlər İndeksinin bütün tarixində rekorda çevrilib. Əvvəlki 233 milyard dollarlıq artım rekordu 2022-ci ildə qeydə alınıb.
Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara rüsumlar tətbiq etdiyini açıqlayıb. Aprelin 5-dən 10%-lik əsas universal gömrük rüsumları, aprelin 9-da isə fərdi gömrük rüsumları qüvvəyə minib.
Aprelin 9-da Tramp danışıqlara hazır olan 75-dən çox ölkəyə qarşı tarif artımlarını 90 gün müddətinə dayandırdığını açıqlamışdı. Çinə tariflər isə 145%-ə qaldırılıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi