Pakistan Beynəlxalq Hava Yolları aprel ayının sonuna kimi Bakıya birbaşa reysləri bərpa etməyi planlaşdırır.
AvroMedia.az xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Pakistanın Milli Gününə həsr olunmuş tədbirdə bildirib.
Diplomat bu reyslərin bərpası ilə Azərbaycana gələn pakistanlı turistlərin sayının artacağına ümid etdiyini söyləyib.
“Azərbaycanın zəngin mədəniyyətinə və tarixinə heyranıq. Keçən il Pakistandan 81 mindən çox turist gözəl Azərbaycana səfər edib. Pakistan Beynəlxalq Hava Yolları bu ayın sonuna kimi Bakıya birbaşa uçuşları bərpa etməyi planlaşdırdığından biz bu il 100 min turist həddini keçəcəyimizə ümid edirik. Xalqlarımız arasındakı möhkəm dostluq və qardaşlıq həqiqətən də həmrəylik mayakı və əməkdaşlığın parlaq nümunəsidir”, – o deyib.
Q.Mohiuddin xatırladıb ki, Azərbaycan ilə Pakistan arasında qarşılıqlı hörmət, əməkdaşlıq və ümumi maraqlara əsaslanan çoxillik münasibətlər mövcuddur.
“Uzun illər ərzində ölkələrimiz diplomatik münasibətlərdən kənara çıxan və mədəni, iqtisadi və strateji aspektləri əhatə edən tərəfdaşlığı gücləndirərək, hər cür şəraitdə bir-birini dəstəkləyib. Ölkə liderləri arasındakı son görüşlər iki xalq arasındakı qardaşlıq əlaqələrinin sübutudur”, – o əlavə edib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi