Çin Ermənistanın nüvə enerjisini ələ keçirir
Tarix: 7-04-2025, 19:35
Baxılıb: 3 355
Google+ Paylaş
Tumblr Paylaş

Çin Ermənistanın nüvə enerjisini ələ keçirir

7-04-2025, 19:35

Çin Ermənistanın nüvə enerjisinin tikintisi və inkişafında fəal iştirak etməyə hazırdır.
AvroMedia.az xəbər verir ki, bunu Çinin Ermənistandakı müvəqqəti işlər vəkili Min Çen deyib.
Çen həmçinin vurğulayıb ki, Pekin Ermənistanı “Bir kəmər - bir yol” təşəbbüsü çərçivəsində nəqliyyat layihələrinə daha fəal cəlb etmək niyyətindədir. Bununla bağlı Ermənistanın “Sülhün kəsişməsi” (“Dünyanın kəsişməsi”) proqramı ilə sinxronizasiya imkanları nəzərdən keçirilir.
Qeyd edək ki, Ermənistan hökuməti yeni atom elektrik stansiyasının tikintisi imkanını nəzərdən keçirir. Çünki “Rosatom”un iştirakı ilə modernləşdirmə sayəsində ömrü uzadılan Metsamor AES-in istismar müddəti 2036-cı ildə başa çatacaq. Mümkün enerji çatışmazlığının qarşısını almaq üçün yeni stansiyanın tikintisi bu müddətə qədər başa çatdırılmalıdır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ