Gürcüstanın “Wimm-Bill-Dann Georgia” şirkətinin “Soplis nobati” brendi adı altında Azərbaycanda istehsal etdiyi süd məhsullarında təhlükəli toksin aşkarlanıb.
Bu barədə Gürcüstanın Milli Qida Agentliyindən bildirilib.
İstehsalçı Agentliyə müraciət edərək Azərbaycanda istehsal olunmuş beş növ süd məhsulunun nümunələrini Aflatoksin M1-in mövcudluğu ilə bağlı yoxlama aparılmasını xahiş edib. Nümunələrdən biri uşaqlar üçün nəzərdə tutulmuş süd məhsuluna aid olub.
Qurumdan bildirilib ki, laborator araşdırmaları nəticəsində beş nümunədə Aflatoksin M1-in yüksək səviyyəsi aşkarlanıb.
“Wimm-Bill-Dann Georgia” şirkətinə ticarət şəbəkələrindən qeyd olunan məhsulların partiyalarını yığışdırmaq tapşırılıb. Agentlik istehlakçıları həmin süd məhsullarını istifadə etməməyə çağırıb.
Qeyd edək ki, Aflatoksin M1 kif göbələkləri ilə çirklənmiş yemi yeyən heyvanların südündə əmələ gəlir. Təhlükəli toksinin yüksək səviyyədə olduğu süd xüsusən uşaqlar və zəif immunitetli insanların istehlakı üçün təhlükəli hesab olunur.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi