Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxacaq.
AvroMedia.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Macarıstan Baş nazirinin administrasiyasının rəhbəri Qerqey Qulyaş bildirib.
Qulyaşın sözlərinə görə, Macarıstanın BCM-dən geri çəkilməsi prosesi bu gün başlayacaq və ölkə konstitusiyasına, həmçinin beynəlxalq hüquqi öhdəliklərinə əsasən həyata keçiriləcək.
Qeyd edək ki, bu gün İsrailin Baş naziri Benyamin Netanyahu BCM-nin orderinə baxmayaraq Macarıstana səfər edib. Belə ki, BCM ötən ilin noyabrında “Qəzza zolağında hərbi cinayətlərə görə” onun həbsinə dair order verib.
Macarıstanın Baş naziri Viktor Orban isə məhkəmənin bu addımını kəskin tənqid etmiş və BCM-in tələblərinə zidd olaraq Netanyahunu Budapeştə səfərə dəvət etməyi vəd etmişdi.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi