Hamımıza aid olan bu bənzərsiz vətənimizin düşdüyü bu vəziyyətdən fiziki ağrıdan daha çox, daha sancılı, daha dərin bir kədər içindəyəm.
AvroMedia.az xəbər verir ki, bu sözləri türk musiqisinin əfsanələrindən olan Sezen Aksu İBB başqanı Əkrəm İmamoğlunun həbsindən sonra baş verənlər haqda qeyd edib.
“Məni dinləməyəcəklərini hiss etsəm də, məsuliyyət daşıyanlara səslənməyi özümə borc bilirəm. Bu qədər insanın səsini dinləmək, onları anlamaq, bütün tədbirlərinizi hüquqa uyğun həyata keçirmək, insan haqlarını əsla pozmamaq, xüsusilə gələcəyimiz olan gənclərimizi gözünüz kimi qorumaq, ayrı-seçkilik etmədən bütün vətəndaşlarımıza qarşı ədalətli davranmaq sizin vəzifənizdir. Söylədiklərimi məntiqin ölçüləri ilə dəyərləndirəcəyinizə ümid edirəm”, - Aksu sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu korrupsiya və terror təşkilatı ilə əlaqədə şübhəli bilinərək, 19 martda saxlanılıb, 23 martda məhkəmə korrupsiya ittihamına görə onun barəsində həbs qətimkan tədbiri seçib, terrorla bağlı həbs tələbindən isə imtina edib.
Ə.İmamoğlunun saxlanıldığı gündən mənsub olduğu CHP-nin fəalları silsilə aksiyalar keçirirlər. Aksiyalarda yüzlərlə şəxs həbs edilib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi