İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində SZC TV-nin “Nöqtə atışı”, Tele1 “Sabah kompası” və “Xəbər 13”, Xalq TV-nin “Gündəm Özəl” və “Xəbərlər” və NOW TV-nin isə “Orta səhifə” proqramları yüksək məbləğdə cərimə edilməklə dayandırılıb, adıçəkilən kanalların yayımına isə 10 gün müddətinə qadağa qoyulub.
Ağıllı TV-yə isə “Tele alış-veriş” proqramına görə sanksiya qoyulub.
Eyni zamanda jurnalist Fateh Altaylı ilə yutuber İlkər Canıklıgilin 900 mindən çox abunəçisi olan Flu TV Yutub kanallına da lisenziya almaları üçün 72 saat müddət verilib. Əks təqdirdə onların kanallarına giriş bloklanacaq.
RTÜK monitorinq mütəxəssisləri bu sanksiyalara səbəb kimi aparılan araşdırmalar nəticəsində adıçəkilən proqramlarda prezident Rəcəb Tayyib Ərdoğanın ailəsinə və mərhum anasına yönəlmiş təhqirlərin canlı yayımlandığını, MHP lideri Dövlət Baxçalının səhhəti ilə bağlı sarkastik şərhlər edildiyini, həmçinin dövlət qurumları, hakim və prokurorların, təhlükəsizlik qüvvələrinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarının ünvanına təhqiramiz ifadələrin səsləndirildiyini əsas göstərərək, yayım qaydalarının pozulduğunu bildirib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi