İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu vəzifəsindən uzaqlaşdırıldığı üçün onun yerinə kimin təyin olunacağı ilə bağlı müzakirələr başlayıb.
AvroMedia.az xəbər verir ki, Cümhuriyyət Xalq Partiyası tərəfindən artıq 3 nəfərin namizəd olması barədə məlumatlar dolaşır. Bunlardan ən əsası Büyükçekmece bələdiyyə sədri Hasan Akgündür. Digərləri Üsküdar bələdiyyəsinin sədri Sinem Dedetaş və Eyüpsultan bələdiyyə sədri Mithat Bülent Özmendir.
Qeyd olunur ki, yeni seçilən bələdiyyə sədrinin səlahiyyət müddəti onun yerinə seçildiyi bələdiyyə sədrinin səlahiyyət müddəti ilə məhdudlaşacaq. Lakin İmamoğlu səlahiyyət müddəti bitmədən geri dönərsə, o, öz kreslosunu ala biləcək.
Bildirilir ki, İstanbul Böyükşəhər Bələdiyyə Məclisində 314 yer var. CHP-nin 185, AK Partiyanın 120, MHP-nin 7, BBP-nin isə 2 üzvü olduğu üçün səsvermənin ən geci üçüncü turda yekunlaşması gözlənilir. 37 nəfərlik Bələdiyyə Məclisində CHP-nin 24, AK Partiyanın isə 10 üzvlə təmsil olunduğu Büyükçekmecedə də oxşar vəziyyət var.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi