Konstitusiya məsələsinə gəlincə, sülh sazişi mətnində bir bənd var ki, tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirməməkdə öz daxili qanunvericiliklərinə istinad edə bilməzlər. Ermənistan Konstitusiya Məhkəməsinin qərarında deyilir ki, Konstitusiyamızda heç bir qonşuya qarşı ərazi iddiası yoxdur.
Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.
O bildirib ki, 2018-ci il və 2020-ci ildən daxili siyasi gündəliyimizdə yeni Konstitusiyanın qəbulu məsələsi var:
“Biz xalqımıza yeni Konstitusiya təklif edəcəyik və 2027-ci ildə yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirməyi planlaşdırırıq. 2026-cı ildəki növbəti parlament seçkiləri ilə paralel olaraq referendumun keçirilə biləcəyi ilə bağlı fikirlər var. Bu, regional və beynəlxalq əhəmiyyət kəsb etsə də, sırf bizim daxili gündəliyimizə aid məsələdir. Azərbaycan gündəliyə yeni məsələlər əlavə edə bilər, lakin bu o demək deyil ki, onların hamısı bizim üçün müzakirə obyektidir”, - o vurğulayıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi