Şimali Makedoniya hökuməti keçirdiyi növbədənkənar iclasda Koçanidə gecə klubunda baş verən faciəvi yanğına görə 7 günlük matəm elan edib.
AvroMedia.az xəbər verir ki, hökumət, həmçinin Dövlət Bazar Müfəttişliyinə Şimali Makedoniya ərazisində gecə klubları, diskotekalar və açıq havada olan obyektlərdə fövqəladə yoxlama aparmağı və yoxlamanın nəticələri barədə yaxın üç gün ərzində hökumətə dərhal məlumat verməyi, onların şərtlərə uyğun olub-olmadığını müəyyən etməyi tapşırıb.“Hər kəs qərara tabe olmalıdır, çünki itaətsizliyə görə cəzalar ağır olacaq. Bu günlərdə Xarici İşlər Nazirliyi baş vermiş böyük qəza ilə bağlı nazirlik daxilində başsağlığı kitabı açacaq”, – elanda deyilir.
Qeyd edək son məlumata əsasən faciədə 59 nəfər ölüb, 151 nəfər yaralanıb. Onlardan 18-nin vəziyyəti ağırdır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi