Paşinyan Makronla sülh müqaviləsindən danışdı
Tarix: 17-03-2025, 09:37
Baxılıb: 2 711
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyan Makronla sülh müqaviləsindən danışdı

17-03-2025, 09:37

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
AvroMedia.az xəbər verir ki, bu haqda “Sputnik Armenia” məlumat yayıb.
Qeyd edilib ki, Paşinyan “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş” layihəsinin mətninin təsdiq edilməsi və saziş layihəsinin mətninin təsdiqi ilə bağlı danışıqların başa çatdırılması barədə Fransa Prezidentinə məlumat verib.
Tərəflər Ermənistan-Fransa, Ermənistan-Avropa İttifaqı münasibətlərini, eləcə də Cənubi Qafqaz regionu ilə bağlı digər məsələləri də müzakirə ediblər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ