Qarşıdakı payız aylarında ya ABŞ-ın iştirakı ilə və ya onsuz İsrailin İranın nüvə bazalarına hava hücumları etməsi gözləniləndir və 2025-ci ildə İran dünyada barəsində ən çox danışılan ölkə olacaq.
AvroMedia.az xəbər verir ki, bunu türkiyəli siyasi şərhçi Mete Sohtaoğlu “Haber Qlobal” televizya kanalındakı çıxışında deyib.
“İran öz torpaqlarında PKK və PJAK terror təşkilatlarına ev sahibliyini davam edəcəyi təqdirdə Türkiyə hava qüvvələri İraqın şimalında Pəncveyn bölgəsində olduğu kimi, terrorçuların İranın şimal qərbindəki yerləşən bazalarını da bombalaya bilər”, – o bildirib.
Sohtaoğlu İranda iqtisadi problemlərə, xüsusən elektrik kəsintiləri səbəbindən yenidən başlayan narazılıq və gərginliyə diqqət çəkərək, Tehranın terror təşkilatlarına dəstəyini kəsmədiyi təqdirdə daha ciddi təpkilərlə qarşılaşacağını söyləyib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi