Ukrayna ordusu Avropada Rusiya ordusundan sonra ikinci ən böyük ordudur.
AvroMedia.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Bildirilib ki, hazırda Rusiya 1,3 milyon əsgərlə Avropa qitəsində ən böyük orduya malikdir. İkinci yerdə 900 min əsgərlə Ukrayna, üçüncü yerdə isə 355 min əsgərlə Türkiyə qərarlaşıb.
Rusiya və ABŞ-ın hərbi potensialı da müqayisə edilib. Vurğulanıb ki, Rusiyanın daha çox tankı var – 5750 ədəd, ABŞ-da isə bu, 4640 ədəddir. ABŞ döyüş təyyarələrinin sayında üstünlüyə malikdir – 2680 (Rusiyada 1520).
Nəşr qeyd edir ki, Avropa ölkələri iqtisadi baxımdan Rusiyanı əhəmiyyətli dərəcədə üstələyir və bu, Moskvanın hərbi sahədə imkanlarını məhdudlaşdırır.
Bununla yanaşı, Rusiya iqtisadiyyatı artıq hərbi ehtiyaclara tam uyğunlaşdırılıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi