Ukrayna ilə ABŞ arasında faydalı qazıntılarla bağlı saziş Rusiyaya sarsıdıcı zərbədir. Müəyyən mənada ABŞ Prezidenti Donald Trampın döyüşlərə son qoymaq üçün danışıqlar apara biləcəyi istənilən sülh sazişindən daha vacibdir. Bu müqavilənin həyata keçirilməsindən sonra Rusiya faktiki olaraq müharibəni uduzacaq.
AvroMedia.az xəbər verir ki, bunu ABŞ-ın eks-prezidenti Corc Buşun keçmiş spikeri Mark Tissen deyib.
O, ABŞ-ın sazişi imzalamaqla Ukrayna ilə ticarətə girəcəyini, müqavilədə göstərildiyi kimi, Ukraynanın istifadə olunmamış faydalı qazıntılarını və digər təbii sərvətlərini birgə işlətmək üçün Kiyevlə “uzunmüddətli tərəfdaşlıq” bağlayacağını və “sabit və iqtisadi cəhətdən çiçəklənən Ukraynanın inkişafı üçün uzunmüddətli maliyyə öhdəlikləri” götürəcəyini vurğulayıb.
“Bu o deməkdir ki, hazırda ABŞ-ın Ukraynanın müstəqilliyinin qorunmasına kömək etmək üçün böyük maliyyə stimulu var. Ukrayna “sağ” qalsa, ABŞ yüz milyardlarla dollar alacaq, Ukrayna məğlub olsa, heç nə almayacağıq. Kimsə düşünür ki, Putin Ukraynanı fəth etsə, Ukraynaya döyüşmək üçün verdiyimiz silahları ABŞ-a qaytaracaq? Əlbəttə yox”, - Tissen qeyd edib.
Onun fikrincə, Ukraynanın razılaşmanın müqabilində təhlükəsizlik zəmanəti ala bilməyəcəyini deyənlər bir məqamı qaçırırlar: “Bunun özü təhlükəsizlik zəmanətidir”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi