ABŞ-ın Virciniya ştatının Feyrfaks şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
AvroMedia.az xəbər verir ki, ABŞ-ın Virciniya ştatındakı Azərbaycan Evinin təşkilatçılığı ilə “Cinema Arts Theatre” kinoteatrında keçirilən tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, Türkiyə və Azərbaycanın ABŞ-dakı Səfirliyinin əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, yerli ictimaiyyətin, eləcə də Azərbaycan və türk diasporlarının təmsilçiləri iştirak ediblər.
Anım tədbirində Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi nümayiş olunub. Eyni zamanda Milli Qəhrəman Natiq Qasımov haqqında olan “Oğul” sənədli filmi, 20 Yanvar hadisələri və bu hadisələr zamanı şücaət göstərmiş dənizçilərimiz barədə çəkilən “20 Yanvarda doğulanlar” adlı bədii-sənədli filmi nümayiş göstərilib.
Tədbirdə Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, soyqırımını törədənlərin ifşa olunması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində Prezident İlham Əliyev, Birinci vitse - prezident Mehriban Əliyevanın gördüyü işlərdən danışılıb. Bildirilib ki, dünya ölkələri tərəfindən bu qətliama beynəlxalq səviyyədə ədalətli hüquqi-siyasi qiymət verilməli və bu cinayətin təşkilatçıları cəzalandırılmalıdır.
Qeyd edək ki, 5 günlük Xocalı həftəsi çərçivəsində tədbir iştirakçılarına soyqırımı faktlarını əks etdirən məlumatlandırıcı flayerlər paylanılıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi