Gürcüstan müxalifətinin “Mtavari” telekanalı bu gün səhər saatlarında yayımını dayandırıb.
AvroMedia.az xəbər verir ki, kanal yayımın dayandırılmasında həmtəsisçisi, iş adamı Zaza Okuaşvilini günahlandırıb.
Kanalın yaydığı bəyanatda bildirilib ki, Okuaşvilinin süni şəkildə yaratdığı maliyyə böhranı yayıma imkan vermir.
“Mtavari” 2019-cu ilin sentyabrında yayıma başlayıb. “Rustavi 2” telekanalının keçmiş baş direktoru Nika Qvaramiya onu rekord müddətdə – altı aydan az - yaradıb. Bundan əvvəl uzun illər məhkəmə çəkişmələri baş verdi, nəticədə “Rustavi 2” hökumətə sadiq biznesmen Kibar Xalvaşiyə qaytarılıb. Qvaramiya işdən çıxarıldı və daha sonra ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özəl şirkətin mənafeyinə xələl gətirdiyinə görə iş qaldırıldı.
Qvaramiyanın yeni telekanalın yaradılmasında tərəfdaşlarından biri bir neçə ildir hakimiyyətlə qarşıdurmada olan Böyük Britaniyada yaşayan iş adamı Zaza Okuaşvilidir. “Mtavari” Okuaşviliyə məxsus keçmiş “İberiya” televiziya şirkətinin binasında yerləşir və onun avadanlıqlarından istifadə edir.
Qeyd edək ki, yanvarın 27-də “Mtavari” Okuaşvilini hakim Gürcü Arzusu Partiyasının maraqlarından çıxış etməkdə və telekanalı bağlamağa cəhddə ittiham etmişdi. Bildirilirdi ki, Okuaşvilinin təyin etdiyi direktor Qoqi Kurdadze xidmət provayderlərinə pul köçürmələrini əngəlləyir, nəticədə kanal Gürcüstanın regionlarında və xaricdə yayım həyata keçirə bilmir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi