Türkiyədən 75 milyon gül ixrac edilib.
AvroMedia.az xəbər verir ki, 14 fevral Sevgililər Günü münasibətilə Türkiyədən Niderlanda, Böyük Britaniya və Almaniya başda olmaqla 30 ölkəyə 75 milyon gül göndərilib. Gül istehsalçıları bu ixrac əməliyyatından 8-10 milyon dollar gəlir əldə etmələri nəzərdə tutulur.
Gül növləri arasında ən çox qərənfil ixrac olunur. Türkiyənin İsparta şəhəri bu sahədə xüsusilə fərqlənir. Şəhərin Kənd Təsərrüfatı Palatasının sədri Mustahattin Can Səlcuq bildirib ki, 200 hektarlıq ərazidə gül əkilir. Bu ərazidən 250 milyon qərənfil əldə olunacağı gözlənilir.
Türkiyə Statistika Təşkilatının məlumatına görə, son 5 ildə 270 hektar sahədən əldə olunan 500 milyona yaxın gül ixrac olunub.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi