Almaniyada ifrat sağçılara qarşı etiraz aksiyaları keçirilib.
AvroMedia.az xəbər verir ki, ifrat sağa və Almaniya üçün Alternativ Partiyası (AfD) ilə əməkdaşlığa qarşı ötən həftə Berlində 160 min nəfərin iştirakı ilə keçirilən mitinqdən sonra bu dəfə Münhendə 200 min nəfərin qatıldığı etiraz nümayişi təşkil olunub. Mitinqdə müxtəliflik, insan ləyaqəti, həmrəylik və demokratiyaya dəstək, radikal sağa etiraz xarakterli şüarlar səsləndirilib.
Bənzər mitinqlər Hannoverdə də təşkil olunub.
Qeyd edək ki, CDU-nun ölkədə miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı təklifinin yanvarın 29-da Bundestaqda keçirilən səsvermədə AfD-nin dəstəyi ilə qəbul edilməsi ölkədə genişmiqyaslı etirazlara səbəb olmuşdu.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi