Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib.
AvroMedia.az xəbər verir ki, Ukrayna üçün nəzərdə tutulan humanitar yardım Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, bu məqsədlə bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.
Bu vəsait çərçivəsində göndərilən ilkin humanitar yardım yükünə elektrik kabelləri, naqillər və transformatorlar daxildir. Ukrayna tərəfindən daxil olmuş müraciətə uyğun olaraq, qeyd edilən təchizat müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.
Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycandan Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib. 2025-ci ilədək elektrik avadanlıqları qismində 120-yə yaxın transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə 3.3 milyon metrdən çox kabel və naqil Ukraynaya yola salınıb.
Yolasalma mərasimində Enegetika Nazirliyinin təmsilçiləri və Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur