Gürcüstan parlamentində müxalifəti təmsil edən 49 deputatın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
AvroMedia.az xəbər verir ki, bu barədə qərar qanunverici orqanın plenar iclasında qəbul olunub.
Deputatların hər birinə ayrı-ayrılıqda səs verilib. Lehinə səs verən parlament üzvlərinin sayı 80-83 arasında dəyişib. Qərarın qəbulu üçün 50 səs tələb olunurdu.
Qeyd edək ki, Gürcüstanın hazırkı XI çağırış parlamentində müxalifət 61 mandat əldə edib. Keçmiş baş nazir Georgi Qaxariyanın “Gürcüstan naminə” partiyası mandatlardan imtina barədə parlamentə yazılı şəkildə hələ müraciət etməyib.
Ötən ilin oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, hakim Gürcü Arzusu Partiyası parlamentdə 150 yerdən 89-nu əldə edib. Dörd müxalif birlik — Dəyişikliklər Naminə Koalisiya, Milli Hərəkat, Güclü Gürcüstan Koalisiyası və Gürcüstan Naminə Partiyası mandatlar əldə ediblər. Lakin onlar seçkilərin nəticələrini tanımayıblar və qanunverici orqanda təmsilçilikdən imtina ediblər.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası