İsveçin ilk kiçik hərbi rabitə peyki ABŞ-dən kosmosa buraxılıb.
Bu barədə İsveç hökuməti məlumat yayıb.
Məlumata görə, “GNA-3” və 110-dan çox digər mikropeykin buraxılışı Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından “Falcon 9” daşıyıcısının göyərtəsində baş tutub.
Bəyanatda deyilir ki, İsveç cihazı hərbçilər tərəfindən idarə olunur və pilot layihədir.
Krallığın müdafiə naziri Poul Conson deyib: “Bu, bizim kosmos səyahətimizdə ilk addımdır və biz silahlı qüvvələrin kosmik imkanlarını daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirik”. İsveç Silahlı Qüvvələri layihəni İsveç Müdafiə Araşdırmaları Təşkilatı (FOI) və İsveç Kosmik Korporasiyası (SSC) ilə həyata keçirib. İsveçin sənaye, innovasiya potensialı və infrastrukturu, o cümlədən “Esrange” kosmik bazası kimi strateji resursları var. Bu, bizə NATO müttəfiqi kimi unikal imkanlar təklif etməyə şərait yaradır”, – məlumatda vurğulanıb.

Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...