Türkiyə hakimiyyəti Boludakı faciədən sonra Bursa vilayətindəki Uludağ məşhur xizək kurortu da daxil olmaqla 160-dan çox oteli bağlayıb.
AvroMedia.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Bursa Mədəniyyət və Turizm İdarəsi vilayətin 17 rayonunda lisenziyası, biznes qeydiyyatı olmayan və ya çatışmazlıqları aşkar edilən 161 oteli möhürləyib. Möhürlənmiş obyektlər arasında Uludağ dağ-xizək kurortundakı 25 otel də var”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, yanvarın 21-də Türkiyənin Bolu vilayətindəki Qartalqaya dağ-xizək kurortunda baş verən dəhşətli yanğın nəticəsində 78 nəfər ölmüşdü.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi