Rusiyanın ət və sakatat (heyvanın ürəyi, qaraciyəri, böyrəyi, içalatı, baş və ayaqları) ixracı 2024-cü ildə 27 faiz artımla rekord həddə çataraq 700 min ton olub.
AvroMedia.az xəbər verir ki, bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Satışların müxtəlif seqmentlərdə kifayət qədər bərabər artdığı qeyd edilir. Beləliklə, donuz məhsullarının xaricə tədarükü üçdə bir, quşçuluq məhsulları dörddə bir, mal-qara isə 22 faiz artıb.
Ət ixracından əldə edilən məbləğ də tarixin ən yüksək göstəricisi olub - 1,7 milyard dollar. Bu məbləğin təxminən üçdə biri Rusiyada ət alışında lider olan Çindən gəlib. Həmçinin ilk üçlükdə Səudiyyə Ərəbistanı (230 milyon dollar) və Belarus (226 milyon dollar) yer alıb.
Bildirilir ki, 2014-cü ildən bəri Rusiya ətinin xaricə tədarükü 10 dəfə artıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi