İngiltərənin Somerset bölgəsində daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib.
AvroMedia.az xəbər verir ki, “Herminia” qasırğası nəticəsində İngiltərə və Uelsdə 50-dən çox daşqın xəbərdarlığı qüvvədədir. Fırtınanın sürəti cənub-şərqdə saatda 83 milə (təxminən 134 km/saat) çatıb. Ən çox zərər çəkmiş bölgədə yaşayan sakinlər evakuasiya olunub.
İngiltərənin cənubu və Uelsdə külək və yağışla bağlı sarı xəbərdarlıqlar edilib. Bu xəbərdarlıqlar xüsusilə cənub-qərb bölgələrində çərşənbə axşamına qədər uzadılıb.
Britaniya Hava Yolları Londonun Hitrou hava limanında 26 daxili və Avropa reysini ləğv edib.
Səlahiyyətlilər sakinləri ehtiyatlı olmağa və hava şəraiti ilə bağlı yenilikləri izləməyə çağırır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi