Səudiyyə Ərəbistanı məşhur alman bəstəkar Hans Zimmerə ölkə himninin yeni versiyasını hazırlamağı təklif edib.
AvroMedia.az xəbər verir ki, bu barədə məlumatı “Al-Arabiya” yayıb.
Telekanal bildirib ki, hazırda Zimmerlə danışıqları ölkənin Əyləncə üzrə Baş İdarənin rəhbəri Turki Al aş-Şeyx aparır.
Bununla yanaşı, bəstəkarın daha bir neçə musiqili layihədə iştirakı planlaşdırılır.
Qeyd edək ki, Hans Zimmer “Kral şir” cizgi filminin musiqisinə görə “Oscar” mükafatı laureatıdır. O, karyerası boyu “Rain man”, “Gladiator” filmləri, eləcə də “Karib dənizinin quldurları”, “Şerlok Holms” və “Dark knight” filmlərinin seriyaları da daxil olmaqla 150-dən çox layihəyə musiqi bəstələyib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi