ABŞ Prezidenti Donald Trampın neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu elan etməsindən sonra "qara qızıl" kəskin şəkildə ucuzlaşıb.
AvroMedia.az İnterfaks-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 20:35-ə olan məlumata görə, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 78,42 dollar təşkil edir ki, bu da əvvəlki hərracın bağlanış qiymətinə nisbətən 0,58 dollar (0,73%) azdır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərraclarda WTI markalı neftin mart fyuçerslərinin qiyməti 0,72 dollar (0,95%) ucuzlaşaraq 74,72 dollar/barelə bərabər olub.
Trampın çıxışına qədər neft bahalaşırdı.
Xatırladaq ki, Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına videobağlantı vasitəsilə danışan Tramp Səudiyyə Ərəbistanı və OPEK-dən neftin qiymətini aşağı salmağı istəyəcəyini bildirib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi