Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolu vilayətinin Qartalqaya dağ-xizək kurortunda oteldə baş verən yanğında həlak olan ailənin dəfn mərasimində göz yaşlarını saxlaya bilməyib.
AvroMedia.az xəbər verir ki, Ərdoğan sabiq millət vəkili Mehmet Gültəkinin qızı Zəhra Gültəkin ailəsi ilə dost olduqlarını deyib.
Ərdoğan Bolu şəhərində vida mərasimində çıxışı zamanı deyib: "Cənab Mehmed mənim parlamentdəki həmkarım idi, birlikdə işlədik, ailələrimiz uzun illər dost idi. Ağrımız var, ürəyimiz qırıldı".
Zəhra Gültəkin, əri, üç uşağı və daha üç qohumu yanan oteldən xilas ola bilməyib.
Qeyd edək ki, Türkiyədə Qartalqaya dağ-xizək kurortunda dəhşətli yanğın baş verib. Son məlumata görə, oteldəki yanğında 79 nəfər ölüb.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası