İsrail Rusiya istehsalı silahları Ukraynaya verir
Tarix: 22-01-2025, 09:15
Baxılıb: 2 328
Google+ Paylaş
Tumblr Paylaş

İsrail Rusiya istehsalı silahları Ukraynaya verir

22-01-2025, 09:15

İsrail Livanda və ya başqa ərazilərdə ÇAXAL tərəfindən ələ keçirilən Rusiya istehsalı silahları Ukraynaya təhvil verməyə hazırdır.
AvroMedia.az xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfirliyi Feysbuk səhifəsində məlumat yayıb.
Qeyd olunur ki, yanvarın 21-də Ukraynanın İsrail Dövlətindəki səfiri Yevgeni Korniyçuk və İsrailin xarici işlər nazirinin müavini Şarren Haskel arasında görüş baş tutub:
"Görüş zamanı səfir həmsöhbətinə Livanda və ya başqa yerlərdə İsrailin düşmənlərindən ÇAXAL tərəfindən ələ keçirilən Rusiya istehsalı silahların Ukraynaya təhvil verilməsi təklifinə görə təşəkkür edib. Bu təşəbbüsün hər iki tərəfin ümumi təhdidlərinin tanınması istiqamətində mühüm addım olduğu qeyd edilib. Ukrayna tərəfi bu məsələnin müsbət həllinə ümid etdiyini bildirib”.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ