Qondarma atəşkəs vəziyyətində Rusiya bir il ərzində böyük potensial toplayacaq. O zaman təcavüzkar Avropanı işğal etmək ssenarisindən istifadə edib, Üçüncü Dünya müharibəsinə yol aça bilər.
AvroMedia.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.
Kovalenkonun sözlərinə görə, mümkün atəşkəs ili ərzində Rusiya hərbi potensialını ciddi şəkildə artıracaq:
"Bu müddət ərzində təcavüzkar ölkə 4,5 minə qədər tank, 9-10 min zirehli döyüş maşını, 5 min ədəd artilleriya sistemi toplaya biləcək.
Bundan əlavə, işğalçılar çoxlu raket toplayacaqlar: 1000-ə qədər X-101/555, 400-ə qədər "Kalibr", 250-350-dək 9M723 OTRK "İsgəndər", 50-70-dək X-47M2 "Xəncər", 15-20-dək 3M22 "Zirkon"... Sursata gəlincə, həm yerli istehsal (ildə 2,5 milyon patron), həm də İrandan və xüsusən də KXDR-dən gələn tədarüklər nəzərə alınmaqla: bütün növ patronlardan 10 milyondan çox tədarük ediləcək".
O bildirib ki, aylıq itkilər olmadıqda və səfərbərliyin hazırkı səviyyəsini qorumaqla Rusiya 1,1-1,2 milyon nəfərlik piyada komponentinin formalaşmasına nail olacaq.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi