ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Ukraynanın yenidən qurulması xərclərini Rusiyaya ödədə bilər.
AvroMedia.az xəbər verir ki, bu barədə Huver İnstitutunun baş elmi işçisi Nil Fergüson və Tafts Universitetinin professoru Kris Miller “Voll Strit Jurnal”dakı məqalələrində bildirib.
“ABŞ vergi ödəyiciləri üçün daha az xərclə Avropanı təhlükəsiz saxlamağın açarı Avropa bank hesablarında ola bilər. Qərb Rusiyanın 300 milyard dollara yaxın valyuta aktivlərini dondurdu, lakin Avropanın inadkarlığı bu vəsaitlərin Ukraynaya müharibənin vurduğu ziyanı kompensasiya etmək üçün istifadə olunmasına mane oldu. Yeni seçilmiş Prezident Tramp Ukraynanın yenidən qurulmasını və gələcək silah alışlarını maliyyələşdirmək üçün Kremlin ehtiyatlarını səfərbər etməkdə israr etməlidir”, - müəlliflər qeyd edib.
Dünya Bankının məlumatına görə, Rusiya Ukraynaya 150 milyard dollardan çox birbaşa ziyan vurub və 500 milyard dollara yaxın iqtisadi itki verib.
Miller və Fergüsona görə, həll yolu dondurulmuş Rusiya aktivlərindən istifadə etməkdir:
“Tramp administrasiyasının daha yaxşı razılaşma əldə etmək üçün unikal imkanları var. Putinin pullarının onun təcavüzünün qurbanlarına verilməsindən Atlantik okeanının hər iki tərəfi faydalanacaq, nə qədər tez, bir o qədər yaxşıdır”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi