“Tək ürək, tək bilək, tək yumruq”-MARAQLI PAYLAŞIM
Tarix: 16-01-2025, 21:52
Baxılıb: 3 038
Google+ Paylaş
Tumblr Paylaş

“Tək ürək, tək bilək, tək yumruq”-MARAQLI PAYLAŞIM

16-01-2025, 21:52

“Bir millət, iki dövlət” şüarı və “tək ürək, tək bilək, tək yumruq” olaraq Azərbaycanla birgə işləməyə davam edəcəyik.
AvroMedia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin X hesabında paylaşıb edilib.
Qeyd olunub ki, Türkiyənin Qars şəhərində keçiriləcək “Qış təlimi - 2025” birgə təlimində iştirak etmək məqsədilə Azərbaycan hərbçiləri Türkiyəyə gediblər.
Onları Həsrət körpüsündə Türkiyənin 5-ci Sərhəd Briqadası Komandanlığı qarşılayıb.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi daha əvvəl Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Qış təlimi - 2025” birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasiminin baş tutduğu barədə məlumat yaymışdı.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ