Azərbaycan Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayır.
AvroMedia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in İsrail və HƏMAS arasında əldə olunan atəşkəslə bağlı bəyanatında bildirilib.
“Ümid edirik ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əzablara son qoyulacaq. Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək”, – məlumatda qeyd edilib.
Xatırladaq ki, ötən gün İsrail və HƏMAS arasında atəşkəslə bağlı razılıq əldə edilib. Atəşkəsin 19 yanvardan qüvvəyə minəcəyi bildirilir.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur