Slovakiyada riyaziyyat fənn olimpiadasında fəal iştirakına görə mükafat alan şagird ölkə Prezidenti Peter Pelleqrinin əlini sıxmaqdan imtina edib.
AvroMedia.az xəbər verir ki, bu barədə görüntüləri “European Pravda” paylaşıb.
Videoda Bratislava məktəbinin Simon Omanik adlı şagirdi Mərkəzi Avropa Riyaziyyat Olimpiadasındakı iştirakına görə təhsil naziri Tomas Drucker tərəfindən bürünc medalla təltif edilir.
Bunun ardınca nazir şagirdə onun yanında dayanan prezident Pelleqrininin əlini sıxmağı təklif edir və bu an ölkə liderinin əli “havada qalır”.
Omanın Pelleqrininin əlini sıxmaqdan niyə imtina etməsi ilə bağlı Slovakiya mediasında əlavə izah verilməyib.
Bununla belə, tələbənin yaxasında Ukrayna bayrağını əks etdirən lent olması müxtəlif versiyalara yol açıb.
Qeyd edək ki, ötən həftə prezident Pelleqrini Ukraynanın Rusiya qazının tranzitini dayandırmaq qərarını əsas gətirərək Kiyevə rəsmi səfərini ləğv etdiyini bildirmişdi.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi