ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində davam edən yanğınlar nəticəsində türkiyəli məşhurların da evlərinin yandığı ortaya çıxıb.
AvroMedia.az xəbər verir ki, söhbət müğənni Kənan Doğulu ilə xanımı, aktrisa Beren Saatın illər əvvəl şəhərdə aldıqları mülkdən gedir. Yanğınlardan sonra cütlüyün vəziyyəti öyrənmək üçün Amerikaya gedəcəyi bildirilib.
Qeyd edək ki, "Survivor" yarışmasının qalibi Turabinin də Kaliforniyadakı evi külə dönüb.
Belə ki, yanğınlar səbəbindən ABŞ-nin hazırki Prezidenti Co Bayden Kaliforniyada fövqəladə vəziyyət elan edib. Hollivud ulduzu Entoni Hopkins, müğənni, model Peris Hilton, aktyorlar Ceyms Hovard Vuds, Spenser Uilyam Prattın da evləri də kül olub.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi