Braziliyada təyyarə qəzası nəticəsində pilot həlak olub, 7 nəfər yaralanıb.
AvroMedia.az xəbər verir ki, bu barədə “Shot” məlumat yayıb.
Məlumata görə, “Cessna Aircraft” biznes təyyarəsi Ubatubadakı hava limanında uçuş-eniş zolağından çıxıb, birbaşa şəhər çimərliyinə uçub və yerli skeyt parkının yaxınlığında partlayıb.
Təyyarədə beş nəfər olub və pilot dünyasını dəyişib. Qalanlarını isə yerli sakinlər xilas ediblər. Yaralananlar arasında uşaqlar da var, hadisə şahidləri onları qalıqlar altından çıxarıblar. Xəsarət alanlar arasında qəza zamanı çimərlikdə dincələn insanlar da olub.
İlkin məlumatlara görə, təyyarənin qəzaya uğramasına səbəb pis hava şəraiti və uçuş-eniş zolağının yağışdan islanması olub.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi