Baydenin də evi kül oldu
Tarix: 9-01-2025, 20:27
Baxılıb: 2 396
Google+ Paylaş
Tumblr Paylaş

Baydenin də evi kül oldu

9-01-2025, 20:27

ABŞ Prezidenti Co Baydenin oğlu Hunterin Malibudakı evi Kaliforniyada tüğyan edən yanğınlar nəticəsində tamamilə yanıb.
AvroMedia.az xəbər verir ki, bu barədə “Deyli Meyl” qəzeti məlumat yayıb.
Bildirilib ki, 4 milyon dollarlıq mülkdən qalan yalnız iki tüstü bacasıdır.
Yanğın nəticəsində təhlükəsizlik xidməti əməkdaşlarının yerləşdirilməsi üçün istifadə edilən yaxınlıqdakı ev də məhv olub.
Qeyd edək ki, meşə yanğını yanvarın 7-də Los-Ancelesdə Santa-Monika və Malibu arasında yerləşən Pasifik-Paliseyds sahil rayonunda başlayıb. Artıq ABŞ Prezidenti Co Bayden Kaliforniyada fövqəladə vəziyyət elan edib.
Təbii fəlakət zamanı bir çox Hollivud ulduzlarının da malikanələrinin yandığı deyilir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ