2024-cü ildə Türkiyənin 81 vilayətindən 54-dən ixrac artıb.
AvroMedia.az xəbər verir ki, yanvarın 6-da Türkiyənin Ticarət Nazirliyi ötən ilin xarici ticarət göstəriciləri ilə bağlı statistik məlumatları paylaşıb.
“2024-cü ildə Türkiyədən mal ixracının ümumi həcmi 2,5 faiz artaraq 261,9 milyard dollara çatıb ki, bu da Cümhuriyyətin tarixində mütləq rekorda çevrilib.
İxracda (56 milyard 837 milyon dollar) İstanbul vilayətlər arasında lider olaraq qalır. Daha sonra Kocaeli (32 milyard 5 milyon dollar) və İzmir (23 milyard 817 milyon dollar) vilayətləri yer alıb”, - deyə nazirlikdə qeyd edilib.
2023-cü illə müqayisədə məhsul ixracında ən böyük artım - 2 milyard 188 milyon dollar Kocaeli vilayətində qeydə alınıb.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur