İrəvan Belarusdakı səfiri Razmik Xumaryanı geri qaytarmaq niyyətində deyil.
Axar.az xəbər verir ki, bunu “Sputnik Ermənistan” mənbələrinə istinadən yazıb.
Qeyd olunub ki, Xumaryan hələ 2024-cü ilin iyununda məsləhətləşmələr üçün Ermənistana çağırılıb və o vaxtdan bəri Minskiyə geri dönməyib.
Xatırladaq ki, son dövrlərdə iki ölkə arasında münasibətlər kəskin şəkildə soyuyub. Gərginlik Lukaşenkonun Qarabağ müharibəsinin nəticələri ilə bağlı açıqlamaları fonunda başlayıb. Paşinyan Lukaşenkonu Azərbaycana kömək etməkdə ittiham edib və Ermənistan rəsmilərinə Lukaşenko Belarus prezidenti olduğu müddətdə bu ölkəyə səfər etməyi qadağan edib.
26 dekabrda isə Ermənistanın Baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında Sankt-Peterburqda keçirilən Avrasiya İqtisadi Şurasının iclasında mübahisə yaranıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi