Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkoya ictimai sillə vurdu.
AvroMedia.az xəbər verir ki, bu barədə Belarusun keçmiş mədəniyyət naziri Pavel Latuşka sosial şəbəkə səhifəsində yazıb.
“Bu o vaxt baş verir ki, sən hər şeylə razılaşan saray əyanlarının mühitində olmursan", - o bildirib.
Qeyd edək ki, Paşinyanla Lukaşenko Aİİ sammitində mübahisə ediblər. Paşinyan Minskdə keçiriləcək iclasa onlayn qoşulacağını bildirəndə Lukaşenko buna etiraz etmişdi, Nikol Paşinyan isə “bəyanatının qüvvədə olduğunu” demişdi.
N.Paşinyan bundan əvvəl Lukaşenkonun prezidentliyi müddətində Ermənistanın heç bir rəsmisinin Minskə səfər etməyəcəyi haqda bəyanatla çıxış etmişdi.
Erməni baş nazir 26 dekabrda Peterburqda keçirilən sammitə də “kovidə yoluxduğu” bəhanəsi ilə onlayn qoşulmuşdu.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi